“Beşiktaş” və “Fənərbağça”nın ardınca “Qalatasaray”da məşqlərə başlayıb.
Yerli mətbuatın verdiyi xəbərə görə, Fatih Terimin tələbilə nə vaxtdan bəri təxirə salınan təlim-məşq toplanışını elə baş məşqçinin öz təşəbbüsü ilə bərpa etmək üçün hazırlıq işləri görülür. Bundan 2 gün əvvəl heyətin bütün üzvlərinin koronavirus testindən keçdiyi də açıqlanıb.
Yeri gəlmişkən, “Beşiktaş”ın legioner futbolçuları karantinə alınıb. Martın 19-da Superliqa dayandırılandan sonra “ağ-qaralar”ın xarici oyunçuları vətənlərinə qayıtmışdı. Bu günlərdə məşqləri bərpa edən “qara qartal” öz futbolçularını geri çağırır. Legionerlərdən Viktor Ruiz, Cermeyn Lens, Adem Lyayiç, Kevin-Prins Boatenq və Kevin Enkudu İstanbula gələndən sonra karantinə alınıblar. Rəsmi sosial şəbəkələrdə Türkiyə Gənclər və İdman Nazirliyindən bildiriblər ki, formada qalmaq üçün futbolçular bütün lazımi avandanlıqla təmin edilib.